Gədəbəydə "Niva" qaçıran şəxs saxlanılıb

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Daşkəsən rayon sakini avtomobillə birgə saxlanılıb.
Gədəbəy rayonunda qaçırılan avtomobil polis əməkdaşları tərəfindən tapılıb.
Avtosfer.az-ın məlumatına görə, Gədəbəy RPŞ-yə müraciət edən Qaravəlilər kənd sakini Ç.Paşayev 2021-ci il dekabrın 17-dən 27-dək olan müddətdə Novo Saratovka kəndi ərazisindən ona məxsus “VAZ-2121” markalı avtomobilin qaçırıldığı barədə məlumat verib.
Hüququ mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Daşkəsən rayon sakini E.Qasımov avtomobillə birgə Bakı-Qazax yolunda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
APA
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR












