Gəncə sakini 8 kq narkotiklə saxlanılıb - FOTO

Gəncə Şəhər Baş Polis İdarəsi (ŞBPİ) Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Arzu Kərimov saxlanılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilib. Saxlanılan şəxsin ətrafında davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə baxış keçirilib və oradan parça torbada ümumi çəkisi 8 kiloqram 350 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb
İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəhər səhər sakini Turac İbrahimovun üzərindən qanunsuz yolla əldə edib saxladığı narkotik maddə olan heroin aşkarlanıb. Uzun müddət narkotik vasitə istifadəçisi olduğunu bildirən İbrahimovun yaşadığı evə baxış keçirilən zaman isə yardımçı tikilədən isə külli miqdarda heroin aşkar edilib.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlar üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.



Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR












