Gəncədə şəhid adından istifadə edən dələduz saxlanılıb - FOTO

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vətən Müharibəsi şəhidinə ehsan bulağı tikdirmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, şəhər sakini Anar Ağayev yaşadığı binanın sakinlərindən Vətən Müharibəsi şəhidinə ehsan bulağı tikdirəcəyini vəd edərək sakinlərin müxtəlif məbləğlərdə pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib.
Saxlanılaraq istintaqa təhvil verən Anar Ağayev törətdiyi cinayət hadisəsini etiraf edərək əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərclədiyini bildirib. Hazırda həmin şəxs barəsində araşdırmalar davam etdirilir.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR












