Goranboyun bir neçə kəndi işıqsız qaldı

Goranboy rayonunun bəzi kəndlərində bir müddətdir, elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Ucnoqta.az Report-a istinadla xəbər verir ki, rayonun Boluslu, Məşədiqaralar, Eyvazlı və Nərimanlı kəndinin bir hissəsi işıqsız qalıb.
Sakinlər bildirib ki, bu kəndlərdə elektrik enerjisinin verilməsində fasilələr tez-tez yaranır.
"Demək olar ki, hər gün bu xətt üzərində olan kəndlərdə elektrik enerjisi kəsilir. Maraqlananda deyirlər ki, ya külək xətti sıradan çıxarıb ya da elektrik xətləri bir-birinə toxunub və qısaqapanma yaranıb. Həmin xətləri təmir edib istifadəyə verirlər, lakin yenə qırılır və ya külək əsən kimi yenidən işıqlar sönür. Bəzən hətta hava küləkli olmayanda da elektrik enerjisinin verilməsində fasilə yaranır. Bununla bağlı dəfələrlə şikayətçi olmuşuq, xeyri yoxdur", - sakinlər bildirib.
Məsələ ilə bağlı bildirilib ki, həmin kəndləri elektriklə təmin edən xətdə qısaqapanma yaranıb, hazırda problemin aradan qaldırılması istiqamətində əməkdaşlar tərəfindən işlər aparılır. Təmir işləri başa çatan kimi, elektrik enerjisinin verilməsi bərpa olunacaq.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR












