Göz rəngini dəyişdirdi, görməsi zəiflədi – Rus qadın peşmandır - VİDEO

Xəbərlər 4 Sentyabr 2026 16:06
Göz rəngini dəyişdirdi, görməsi zəiflədi – Rus qadın peşmandır - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakıda göz rənginin dəyişdirilməsi əməliyyatı keçirən moskvalı qadın prosedurdan sonra görməsi ilə bağlı problemlər yaşadığını bildirib.

Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə “Doktor Cülyetta” (Yuliya) kimi tanınan moskvalı kosmetoloq əməliyyatın azərbaycanlı oftalmoloq Cavid Şahbazov tərəfindən həyata keçirildiyini deyib.

Yuliya hazırda kataraktası olan insan kimi gördüyünü bildirib. O qeyd edib ki, Rusiyada oftalmoloqla məsləhətləşdikdən sonra gözlərinin təbii rənginə qayıtmaq qərarına gəlib.

“Dünən görməmlə bağlı konsultasiyada oldum. Çünki mənə elə gəlirdi ki, doğuşdan sonra görməm bir qədər zəifləyib. Uzun müayinədən keçdim və həkim dedi ki, görməm 100 faizdir.

Amma görməmlə bağlı məni konkret narahat edən məsələ xüsusilə gecə saatlarında, daha dəqiq desəm, işıq mənbəyi yan tərəfdə olanda özünü çox aydın göstərir. Rənglər çox solğun görünür, hər şey bulanıq olur. Bundan əlavə, gözlərimdə sanki bir pərdə varmış kimi hiss edirəm və onu çıxarmaq istəyirəm. Həkim dedi ki, əməliyyatla bağlı bütün məqamları dəqiqləşdirmək üçün ona təxminən iki həftə vaxt lazımdır. Bundan sonra boyanın çıxarılmasına başlayacağıq”, - deyə Yuliya bildirib.

Oftalmoloq Cavid Şahbazov isə açıqlamasında pasiyentin yaxın vaxtlarda klinikaya müraciət etdiyini və bütün şikayətlərinin nəzərdən keçirildiyini bildirib.

Həkimin sözlərinə görə, pasiyentin öz dediklərinə əsasən, Moskvada aparılan müayinələr zamanı görmə ilə bağlı ciddi pozuntu aşkarlanmayıb. Onun əsas narazılığı hazırkı göz rəngini dəyişdirmək və əvvəlki təbii rənginə qayıtmaq istəyi ilə bağlıdır.

“Estetik prosedurlarda elə hallar olur ki, pasiyentlər zaman keçdikcə seçdikləri rəngi dəyişmək, başqa rəng seçmək və ya nadir hallarda təbii rənglərinə qayıtmaq istəyirlər. Müvafiq müayinədən sonra belə prosedurlar həyata keçirilə bilər. Əslində, bu, həkimlə pasiyent arasında qərarlaşdırılan tibbi məsələdir”, - deyə o qeyd edib.

O bildirib ki, əməliyyat təxminən iki il əvvəl həyata keçirilib və bu cür müraciətlərə nadir hallarda rast gəlinir.

“Pasiyentin şəxsi hissləri ayrı məsələdir. Lakin müayinə zamanı ciddi problem təsdiqlənməyib. Buna görə də hesab edirəm ki, bu vəziyyət məhz tibbi məlumatlar əsasında qiymətləndirilməlidir”, – deyə Cavid Şahbazov əlavə edib./bakupost.az

Oxunub : 144
ŞƏRH YAZ
Ad

E-mail

Şərh