Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO

Avtosfer TV 4 Sentyabr 2026 14:30
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə…   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Nəsimi rayonu, Nəcəf bəy Vəzirov və Ağadadaş Qurbanov küçələrinin kəsişməsində kobud qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb.

Kadrlardan görünür ki, 77-KH-755 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxaraq yoluna davam edib. Bu zaman qarşıdan gələn motosikletin qarşısını kəsərək qəza şəraiti yaradıb.

Motosikletin sürücüsü siqnal verərək əli ilə “Toyota” sürücüsünə hərəkət istiqamətinin əksinə getdiyini bildirib. Lakin qayda pozan sürücü motosikletin kiçik ölçüdə olduğunu əsas gətirərək kənara çəkilib ona yol verməsini istəyib.

Motosiklet sürücüsü isə “Bəs səndən sonra gələcək avtomobillər necə keçəcək? Qayda pozmusan, üzr istəmək əvəzinə məni borclu çıxarırsan”, - deyə etiraz edib.

Bundan sonra “Toyota” sürücüsü sağa manevr edərək motosikletə yol verib. Motosikletçi isə “Üzr istəmək çətindir?” - deyə soruşub.

Sürücü isə “Səndən nəyə görə üzr istəməliyəm?” cavabını verərək ərazidən uzaqlaşıb.

Nərmin

Oxunub : 302
ŞƏRH YAZ
Ad

E-mail

Şərh