Güclü külək əsir - FAKTİKİ HAVA - YENİLƏNİB

Ölkə ərazisinin bəzi yerlərində noyabrın 5-i saat 15:00-a olan məlumata əsasən küləkli hava şəraiti davam edir.
Avtosfer.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, şimal-qərb küləyi arabir Balakəndə 28 m/s, Mingəçevir, Şəkidə 25 m/s, İsmayıllı, Tərtər, Göyçayda 22 m/-ə çatır. Bu narıncı xəbərdarlığa uyğundur.
Bakıda və Abşeron yarımadasında 20 m/s, eyni zamanda Neftçalada 20 m/s, Lerik, Ağdam, Zaqatalada 18 m/s, Ceyrançöldə 16 m/s təşkil edir. Bu isə sarı xəbərdarlıq deməkdir.
***
13:37
Azərbaycanda müşahidə faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.
Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında və Kəlbəcərdə 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şəki, Şamaxı, Tovuzda 20 m/s, Goranboyda 19 m/s, Naftalan, Daşkəsən, Balakəndə 18 m/s, Tərtərdə 16 m/s, Zaqatalada 15 m/s təşkil edir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 9, Aran rayonlarında 14, dağlıq rayonlarda 5 dərəcəyədək isti qeydə alınıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












