Gürcüstanda Rusiya ilə viza rejiminin tətbiqi tələb olunur

Gürcüstanın Turizm Sənayesi Alyansının üzvləri Rusiya ilə qısamüddətli viza rejiminin tətbiqini tələb edirlər.
Avtosfer.az xəbər verir ki, təşkilat məsələ ilə bağlı Gürcüstan parlamentinin sədrinə açıq müraciət ünvanlayıb.
Sənəddə bildirilib ki, Rusiyaya qarşı sanksiyalara görə Gürcüstanda Rusiya vətəndaşlarının sayı kəskin artıb və bu, viza rejiminin tətbiqi ilə dərhal məhdudlaşdırılmalıdır.
Məsələyə münasibət bildirən Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili deyib ki, son vaxtlar Gürcüstana 20-25 min nəfər Rusiya vətəndaşı gəlib və bu say 2020-ci ilin analoji dövrü ilə eynidir.
Turizm Sənayesi Alyansının müraciətinə gəlincə, nazir məsələ ilə bağlı təşkilatla danışıq aparılacağını bildirib.
Qeyd edək ki, 2012-ci il martın 1-dən Gürcüstan Rusiya vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib.
“Report”
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ












