Hacıqabul polisi əməliyyat keçirib, 6 nəfər saxlanılıb - FOTO

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçirib, narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 6 nəfər saxlanılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Mehman Nəcəfov tutulub. Onun üzərinə keçirilən baxış zamanı psixotrop maddə olan metamfetamin aşkar edilib. Dindirilmə zamanı M.Nəcəfov narkotik maddəni tanışı Hüseyn adlı şəxsdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq rayon sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş Hüseyn Osmanov da saxlanılaraq istintaqa təqdim edilib. Saxlanılan zaman onun üzərindən 1 kiloqram 28 qram olan heroin, bundan əlavə 17 bükümdə heroin və “patı” adlanan psixotrop maddə metamfetamin, bir kibrit qutusunda qablaşdırılmış marixuana və bir ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı analoji əməllə məşğul olan 4 nəfər rayon sakini - Elvin Mehdiyev, Mübariz Abasov, Əlihəsən Cəfərov və Azər Həsənov saxlanılıblar. Saxlanılan şəxslərdən heroin və marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.




Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
















