Hamilə arvadını bıçaqlayan şəxsin istintaqı başa çatıb
Xəbərlər
9 Aprel 2022 00:11

Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Pərvin Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Avtosfer.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib. Qeyd edək ki, hadisə ötən il Nizami rayonu metronun Qara Qarayev stansiyasının yaxınlığında baş verib. Belə ki, 1999-cu il təvəllüdlü İsmayılova Şəbnəm Elman qızı əri Pərvin Ağayev ilə mübahisə zamanı boğaz və döş qəfəsi nahiyələrindən bıçaq xəsarətləri alıb. Ona üç bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib. Şəbnəm İsmayılovanın hamilə olduğu bildirilib.
Oxunub : 2234
DİGƏR XƏBƏRLƏR
16 Noyabr 2026 12:36
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
12 Noyabr 2026 18:22
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026 18:05
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 14:36
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
ŞƏRH YAZ












