Həftəiçi sıx olan avtobuslara bayramda məhdudiyyət niyə tətbiq edilir? - VİDEO

“Avtobuslara bayramlarda məhdudiyyət qoyulması vətəndaşları sıx toplaşmaqdan müəyyən qədər çəkinməyə vadar edəcək”.
Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşı Könül İsmayılova deyib.
“İctimai nəqliyyatdakı sıxlıq ara məsafəsinin gözlənilməsinə mane olur. Düzdür, hər kəs pandemiyadan yorulub və bayramı normal qaydada qohumlarla birlikdə qeyd etmək istəyir.
Lakin bu məhdudiyyətlər vətəndaşların sıx toplaşmasının qarşısını müəyyən qədər alacaq. Buna görə, avtobuslarla bağlı qərarın effektivliyini görə biləcəyimizi düşünürəm”, - o bildirib.
Həkim peyvənd vurdurmaq istəyənlərin xəstəxanalarda onlayn qeydiyyatının nəzərə alınmamasına da münasibət bildirib:
“Peyvəndlənmə prosesində sıxlıq yaşanması yoluxmanın artmasına səbəb ola bilər. Buna görə qeydiyyatın onlayn aparılması daha düzgündür. Lakin hansısa vətəndaş peyvənd vurdurmaq üçün birbaşa klinikaya yaxınlaşarsa, ona yenidən sıra nömrəsi verilməklə peyvəndlənməsi baş tuta bilər”.
Peyvənd olunan şəxslərin bir il sonra yenidən peyvəndlənməyə cəlb oluna biləcəyini qeyd edən həkim onu da əlavə edib ki, virusa yoluxanlar 3-6 ay sonra peyvənd vurdura bilərlər.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












