Həkimlər 5 günlük tətil elan edib

Britaniya Tibb Assosiasiyası (BMA) əməkhaqqı mübahisəsi fonunda İngiltərədə həkimlərin yeni tətil qərarını açıqlayıb. Avtosfer.az BBC-yə istinadla xəbər verir ki, rezident həkimlər 17 dekabrdan etibarən 5 günlük işə çıxmama aksiyası keçirəcək. Bu, 2023-dən bəri həkimlər ittifaqının elan etdiyi 14-cü tətildir. Bu tətilin xüsusilə xəstəxanalarda ciddi pozuntulara səbəb olacağı gözlənilir.
Assosiasiyadan bildirilib ki, həkimlərin uzunmüddətli əməkhaqqı problemi üzrə hökumətdən real və qənaətbəxş təklif gəlmədiyi üçün tətil qərarı qaçılmaz olub. Tətillər zamanı rezident həkimlər həm təcili yardım, həm də planlı tibbi xidmətlərdən geri çəkiləcək, xəstəxanalarda isə onların yerinə baş həkimlər və daha təcrübəli personal çalışacaq. Hökumət və BMA arasında danışıqların yaxın günlərdə davam edəcəyi gözlənilir.
Səhiyyə Xidmətinin rəhbərliyi isə tətildən narahatlığını ifadə edib. Qeyd olunub ki, Milad ərəfəsi səhiyyə sistemi ən çətin dövrlərdən birini yaşayır və hər kəsin iş başında olmasına ehtiyac var.
Əli Həsənovun qızı biznesini satmaqdan imtina etdi
"Şəki Yaylası"nda faciəyə görə həbs edilənlər var
Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə naziri dəyişdi, müşavir işindən ayrıldı
Sabah bəzi sürücülər imtahana cəlb olunacaqlar - RƏSMİ
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO












