Hərbçilərlə bağlı qanun dəyişir - Yeni qaydalar müəyyənləşir - VİDEO

Silahlı qüvvələr haqqında qanun layihəsinə bəzi dəyişkiliklərin edilməsi nəzərdə tutulur. Bununla bağlı məsələ müzakirə olunaraq Milli Məclisin plenar iclasına da tövsiyə edilib. Millət vəkili Arzu Nağıyev deyir ki, yeni layihə silahlı qüvvələri daha da modernləşdirəcək. Onun sözlərinə görə hərbçilərlə bağlı məsələlər də diqqətə saxlanılır.
Silahlı Qüvvələrlə bağlı qanun layihəsinə bəzi dəyişikliklər edilib.Millət vəkili Arzu Nağıyev bildirib ki, Layihə Azərbaycanın ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək aparılan döyüş əməliyyatlarında əldə edilmiş təcrübə əsasında hazırlanıb. Onun sözlərinə görə, məqsəd bütün növ qoşunların maddi-texniki bazasının ən yüksək səviyyədə təmin edilməsidir.
Millət vəkili bildirdi ki, hərbçilərlə bağlı məsələlər də mütəmadi şəkildə müzakirə olunur.Arzu Nağıyev qeyd edib ki, problemlərin həlli istiqamətində işlər görülür.
Qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin yaz sessiyasında onlayn formatda keçirilən iclasda müzakirə olunaraq plenar iclasa tövsiyə olunub.
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ












