IATA dünya aviaşirkətlərinin xalis zərər üzrə proqnozunu yenidən pisləşdirib

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) 2020-2021-ci illərdə dünya aviaşirkətlərinin konsolidə edilmiş xalis zərər proqnozunu yenidən pisləşdirib.
Avtosfer.az-ın IATA-ya istinadən verdiyi məlumata görə, assosiasiya aviasənayenin keçən ilki zərərini 126,4 mlrd. ABŞ dolları olduğu təxmin edir, halbuki ötən ilin noyabr ayında zərərin 118,5 mlrd. dollar, ondan əvvəl isə (iyunda) 84,3 mlrd. dollar olacağı proqnozlaşdırılırdı. Cari ilin sonuna zərərin 47,7 mlrd. dollar olacağı gözlənilir. Noyabrda builki zərər 38,7 mlrd. dollar, iyunda isə 15,8 mlrd. dollar olacağı gözlənilirdi.
IATA qeyd edir ki, bu il aviaşirkətlərin sərnişin axını təxminən 2,4 mlrd. nəfər təşkil edə bilər, bu da keçən ilin göstəricisindən 30% çox, lakin pandemiyadan əvvəlki göstəricidən (2019-cu illə müqayisədə) 47% azdır.
Sənayenin gəlirləri 458 mlrd. dollar (2020-ci illə müqayisədə 23% çox, 2019-cu illə müqayisədə 45% az), xüsusən sərnişin dövriyyəsindən – 231 mlrd. dollar (+22% / -62%), yükdaşımalardan isə 152 mlrd. dollar (+19% / +50%) olacağı proqnozlaşdırılır ki, bu da sözügedən seqment üçün tarixi maksimum olacaq.
Xatırladaq ki, daha əvvəl IATA aviadaşımaların yalnız 2024-cü ildə böhrandan əvvəlki səviyyəyə qayıdacağını proqnozlaşdırırdı.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












