İcbari sığortadan sonra arayışın pulla verilməsi iddiasına - Rəsmi cavab - FOTO

Sosial şəbəkələrdə dövlət tibb müəssisələrində sağlamlıq haqqında arayışın ödənişli olması ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, ökədə icbari tibbi sığorta sisteminin tətbiqinə qədər ödənişsiz verilən arayış üçün hazırda 30 manat xidmət haqqı tələb olunur.
Avtosfer.az bildirir ki, qafqazinfo bu məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edib. Agentlikdən bildirilib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə 18 yaşa qədər uşaqların sağlamlıq vəziyyətinin cari müayinəsi ilə bağlı arayış və hərbi xidmətə çağırılanların tibbi müayinəsi ilə bağlı arayışlar daxildir. Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış və sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olmadığına görə ödənişlidir:

"Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış 30 manat (ƏDV daxil), sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış 15 manat (ƏDV daxil) təşkil edir. Bəzi hallarda sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış üçün bir neçə ixtisaslı həkimin müayinəsi tələb oluna bilər. Bu zaman məbləğ müayinələrin sayından asılı olaraq müəyyənləşir".
Agentlikdən həmçinin bildirilib ki, müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşların (obliqat qruplar) keçdiyi müayinələr və müayinələrin nəticələri haqqında arayışlar pulsuzdur.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












