İki nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Quba-Bakı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Emin Sədrəddin oğlu İsmayılovun cinayət işi üzrə məhkəməsi başlayır.
Cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası hələ məlum deyil.
Qeyd edək ki, hadisə 2021-ci ilin mayında Quba-Bakı yolunun Şabran rayonunun Gəndob qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Şabranın Gəndab kənd sakini Emin Sədrəddin oğlu İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomaşın yüksək sürətlə hərəkətdə olarkən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Xəyal Şahvələd oğlu Əhmədxanlının idarə etdiyi "LADA Priora" markalı avtomobilə arxadan çırpılıb. Nəticədə "Priora"nın sürücüsü Xəyal Əhmədxanlı və sərnişini, Quba rayonu İqriq kənd sakini, 1993-cü il təvəllüdlü Əli Ağadadaş oğlu Əzizov aldıqları xəsarətlərdən ölüblər. Sürücünün qardaşı 1989-cu il təvəllüdlü Əmir Əhmədxanlı və 1994-cü il təvəllüdlü Kənan Mətləb oğlu Abdullayev, 1990-cı il təvəllüdlü Hüseyn Füzuli oğlu Babayev, eləcə də "Mercedes"in sürücüsü Emin İsmayılov ağır xəsarət alıblar.///report
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ












