İmişlidə yol polisi maşında silah gəzdirən şəxsləri saxlayıb - FOTO

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən Saatlı rayon sakini Rüfət Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə saxlanılıb. Nəqliyyat vasitəsinə keçirilən baxış zamanı R.Əliyevə və sərnişini Emil Musayevə məxsus müvafiq sənədləri olmayan iki ədəd “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Həmin silahların hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.
Şəfa
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR











