İmran Ağayevin 9 il həbsi tələb olundu

FHN Modul Tipli Hospitalının baş həkimi və digər vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı təqsirləndirilən şəxslərə həbs cəzası verilməsini istəyib. Belə ki, prokuror baş həkim İmran Ağayevin 9 il, müəssisənin vəzifəli şəxsləri Rüfət Vəlizadənin 8 il 6 ay, Taleh İmanlının 8 il, Qulu Orucovun isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Təqsirləndirilən şəxslərə növbəti prosesdə - fevralın 21-də hökm oxunacağı gözlənilir.
İİttihama görə, İmran Ağayev digərləri ilə qabaqcadan əlbir olaraq xəstələrdən hospitalın “VİP korpus”larına yerləşdirilmək üçün 10 min 500 manat rüşvət alıb. Bundan başqa, İ.Ağayevin 140 koronavirus xəstəsinin direktoru olduğu “Medi Style” klinikasına məxsus təcili yardım avtomobilləri ilə FHN hospitalına aparılması müqabilində həmin şəxslərdən 51 min 600 manatı almasına, həmçinin hospitalın ayrı-ayrı əməkdaşlarından 5 min manat rüşvət istəməsinə əsaslı şübhələr müəyyən edilib.
“Qafqazinfo”
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ












