İrandan Azərbaycana gətirilən bibərdə virus aşkarlanıb

İrandan Azərbaycana gətirilən bibərdə virusu aşkarlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Avtosfer.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində ötən ilin 26 noyabrında İran İslam Respublikasından “Palen AS” MMC tərəfindən idxal edilən 11657 kq, 2021-ci il 8-9 dekabr tarixində “Amotrade” MMC tərəfindən idxal olunan 7500 kq, “Tissot” MMC tərəfindən idxal olunan 7200 kq bibər məhsulundan Agentliyin mütəxəssisləri tərəfindən götürülən nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkar edilib.
Nümunələrin götürülməsi zamanı yük sahiblərinin və onların səlahiyyətli nümayəndələrinin iştirakı təmin edilib, ekspertiza keçirilənə qədər məhsul partiyalarının toxunulmazlığı barədə yük sahibləri xəbərdarlıq edilərək onlardan iltizam alınıb.
Qanunvericiliyə və beynəlxalq təcrübəyə əsasən, idxal olunan bibər məhsulunda qonur qırışıqlıq virusu aşkar olunarsa, məhsul aidiyyəti qurumun iştirakı ilə fitosanitar karantin tələblərinə əməl edilməklə məhv edilir. Beləliklə, virus aşkarlanan “Amotrade” MMC (7500 kq) və “Tissot” MMC-yə (7200 kq) məxsus bibər məhsulu partiyaları məhv edilib. Lakin yuxarıda qeyd edilən “Palen AS” MMC-yə (11657 kq) məxsus bibər məhsulunun saxlandığı anbara Agentlik əməkdaşları tərəfindən məhsulun məhv edilməsi üçün keçirilən təkrar baxış zamanı, iltizamnamənin alınmasına baxmayaraq, yük partiyasının qanunsuz olaraq satıldığı və müvafiq tələblərin yerinə yetirilmədiyi müəyyən edilib.
Aşkar olunmuş qanunsuz fəaliyyətlə bağlı məsələyə hüquqi qiymətin verilməsi üçün zəruri məlumatlar toplanaraq hüquq-mühafizə orqanlarına təqdim olunub.
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO
“Yol hərəkəti haqqında” qanun dəyişir - Əli Əsədov QƏRAR İMZALADI
Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO
Bakıya gözlənilməz hava GƏLİR: Temperatur belə olmamışdı
Yer kürəsində maqnit fırtınası başlayıb
Lökbatan istiqamətində kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO
Əli Əsədov qərar imzaladı










