Jurnalistlər üçün “Gömrük sistemində islahatlar: nəticələr, perspektivlər” mövzusunda təlim davam edir - FOTOLAR

Təlimin sonuncu günündə media nümayəndələri üçün “Qaçaqmalçılıqla mübarizədə əldə olunan nailiyyətlər” və “Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər” mövzularında təlim keçirilib.
Avtosfer.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini Güloğlan Muradlı tədbir iştirakçılarını salamlayaraq, Dövlət Gömrük Komitəsinin 30 illik fəaliyyətilə bağlı məlumat verib.
G.Muradlı xatırladıb ki, 1992-1994-cü illərdə Sovet vaxtından qalan işçilərin bəziləri heç Azərbaycan dilini bilmirdilər: “Həmin dövrdə Gömrük orqanlarında vəziyyət çox aşağı səviyyədə idi”.
Sonra gömrük xidməti general-mayoru Güloğlan Muradlı Ümumilli lider Heydər Əliyevin gömrük xidmətində həyata keçirdiyi uğurlu islahatlar barədə media nümayəndələrinə məlumat verib. G.Muradlı bildirib ki, bu gün Prezident İlham Əliyev tərəfindən gömrük sahəsində islahatlar uğurla davam etdirilməkdədir. G.Muradlı bildirib ki, gömrük orqanlarının əsas məqsədlərindən biri də gömrük gəlirlərinin dövlət büdcəsinə daxil olmasıdır. O deyib ki, indi gömrük sistemi elə qurulub ki, kimsə gömrük xidmətində fəaliyyət göstərən fiziki və ya hüquqi şəxsə pul verə bilməz: “Keçən il dövlət büdcəsinə 4.13 milyard manat pul vəsaiti daxil olub”. General-mayor hazırda gömrük xidmətində uğurlu islahatların keçirilməsinə baxmayaraq, bəzi media nümayəndələrinin bu işə qərəzli yanaşmasından da danışıb. Daha sonra G.Muradlı gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti sahəsindəki vəzifələr barədə geniş məlumat verib. Bu kabinet işi deyil G.Muradlı bildirib ki, dünyanın bir çox ölkəsində gömrük xidmətində psixoloqlar fəaliyyət göstərir. Gömrük orqanlarında işləmək heç də asan deyil, hər gün müxtəlif xarakterlərə malik olan yüzlərlə insanla görüşmək çox çətindir. O bildirib ki, gömrük xidmətinin xeyli sayda əməkdaşı vətən müharibəsində iştirak edib.



''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










