Kiyevin dəmiryol vağzalında güclü partlayış olub

Ukraynanın paytaxtı Kiyevin dəmiryol vağzalında yeraltı keçidi ərazisində güclü partlayış olub.
Avtosfer.az xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Anton Qeraşenko məlumat verib.
Şahidlərin sözlərinə görə, hadisə dünən yerli vaxtla saat 20:50 radələrində olub. Zərbə vağzalın şüşələrini silkələyib və ərazidəki avtomobilin siqnalı işə düşüb.
"Dəmiryol vağzalının yeraltı keçidinin ərazisinə zərbə endirilib. “İbis” oteli ilə “Yujnaya” arasında", - Qeraşenko deyib.
Qeraşenko bunun hansı mərmi olduğunu hələ deməyib. Güman edilir ki, bu, raket zərbəsi ola bilər.
Daha sonra xəbər verilib ki, rusiyalı hərbçilər Kiyevdə minlərlə ukraynalı qadın və uşağın təxliyə olunduğu Cənub Dəmiryol Vağzalına hava zərbəsi endiriblər.
Qeyd olunur ki, mərmi “İbis” otelinin yaxınlığında düşüb, stansiya binasına cüzi ziyan dəyib. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.
Qatarların hərəkəti davam edir.
"Report”
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ












