Azərbaycan Ordusunda komandoların peşəkarlığı artırılır - VİDEO

Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən, Əməliyyat (Komando) hərbi hissələrinin şəxsi heyəti ilə təlim məşqləri keçirilir.
Bu barədə Avtosfer.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin planına əsasən, komandolara təxribat hazırlığında olan şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi tapşırığı verilib. Silahlanmaya yeni qəbul olunan tırtıllı və xizəkli texnikalar vasitəsilə mobil çevik qruplar çətin keçilən ərazilərdə yerdəyişmə icra edərək dövlət sərhədini pozan qanunsuz silahlı birləşmələrin diversiya-kəşfiyyat qruplarının aşkarlanması, mühasirəyə alınaraq zərərsizləşdirilməsi üzrə taktiki fəaliyyətləri yerinə yetiriblər. Keçirilən məşqlərdə əsas məqsəd Vətən müharibəsində əldə olunan döyüş təcrübəsi nəzərə alınmaqla komandoların xüsusi texnikalarla hərəkəti, xizək sürmə vərdişlərinin təkmilləşdirilməsi, eləcə də relyefə və hava şəraitinə uyğun maskalanma tədbirlərinin bacarıqla tətbiq edilməsidir.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












