25-26 iyul tarixləri ilə bağlı XƏBƏRDARLIQ - NƏZƏRƏ ALIN

Xəbərlər 24 İyul 2026 15:11
25-26 iyul tarixləri ilə bağlı XƏBƏRDARLIQ - NƏZƏRƏ ALIN
WhatsApp kanalımıza abunə olun

Azərbaycanın bəzi rayonlarında iyulun 25-26-da külək güclənəcək.

Avtosfer.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Naxçıvan MR, Qazax, Gəncə, Tovuz, Şəmkir, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan, Quba, Siyəzən, Xızı, Qobustan, Ağstafa, Samux, Kəlbəcərdə sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Xaçmaz, Qusar, Şabranda isə narıncı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Oxunub : 210
ŞƏRH YAZ
Ad

E-mail

Şərh