Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO

Tovuz döyüşlərinin geosiyasi əhəmiyyəti yenidən gündəmə gətirildi. Bakıda yayımlanan “Hərbi xronika” verilişinin növbəti buraxılışında 2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərinin hərbi, siyasi və geosiyasi əhəmiyyəti geniş təhlil olunub.
Avtosfer.az xəbər verir ki, verilişdə Tovuz istiqamətində baş verən hadisələrin təsadüfi sərhəd insidenti olmadığı, Ermənistanın Azərbaycanın enerji və nəqliyyat infrastrukturuna, eləcə də Qərbə uzanan strateji kommunikasiya xətlərinə təzyiq göstərmək məqsədi daşıdığı bildirilib.
Bəs bu hadisələr 44 günlük Vətən müharibəsinə aparan proseslərə hansı təsiri göstərib ?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Tovuz döyüşləri Qarabağın azadlığına və Azərbaycanın suverenliyinin tam bərpasına aparan yolda mühüm mərhələlərdən biri idi:

"Həmin dövrdə Ermənistanın əsas məqsədlərindən biri yeni ərazilər ələ keçirmək, Azərbaycanın qərb bölgəsində vəziyyəti gərginləşdirmək idi. O vaxt Ermənistanın müdafiə naziri David Tonoyan verdiyi açıqlamalarla müharibəni daha da alovlandıran, işğal siyasətini açıq şəkildə dəstəkləyən mövqe nümayiş etdirirdi. O, yeni ərazilərin ələ keçirilməsi ilə bağlı niyyətlərini gizlətmirdi.
Tovuz Azərbaycanın qərb istiqamətində strateji əhəmiyyətə malik bölgə hesab olunur. Ermənistanın məhz bu istiqamətdə hücuma keçməsi də onun işğalçı siyasətinin davam etdiyini göstərirdi. Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, Ermənistan ordusuna layiqli cavab verməsi, eyni zamanda Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və vətənpərvərlik xüsusi əhəmiyyət daşıyırdı. Başda general-mayor Polad Həşimov olmaqla şəhidlərə göstərilən böyük ehtiram həm xalqın, həm də ordunun yüksək mənəvi-psixoloji hazırlığını bir daha ortaya qoydu. 44 günlük Vətən müharibəsinə aparan yolun başlanğıc nöqtəsi məhz Tovuz döyüşləri oldu. Azərbaycan Ordusunun bu döyüşlərdə əldə etdiyi üstünlükdən sonra həlledici müharibənin qaçılmaz olduğu daha aydın görünürdü".
Politoloq qeyd edib ki, daha sonra Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı, torpaqlarımız işğaldan azad edildi və ölkəmizin ərazi bütövlüyü təmin olundu:
"Bu gün Azərbaycan vətəndaşları suveren dövlətimizin bütün ərazilərində qürurla yaşayırlar. Bu tarixi qələbə uğrunda canından keçən bütün şəhidlərimizin, o cümlədən Tovuz döyüşlərində şəhid olan qəhrəmanlarımızın xatirəsini dərin ehtiramla anırıq. Azərbaycanın müstəqilliyi, azadlığı və suverenliyi naminə göstərdikləri fədakarlıq xalqımızın yaddaşında daim yaşayacaq".
Fatimə
Azərbaycanlıların da olduğu gəmi vuruldu - VİDEO
Bakının 110 küçə və prospektində eyni vaxtda təmir gedir - AAYDA - FOTO
Bakı Avtovağzalı iyul statistikasını açıqladı: 198 mindən çox sərnişin yola salınıb - FOTO
Bakı Qızlar Universitetinin tələbələrinin köçürüləcəyi universitetlər açıqlandı - RƏSMİ
Zakir Həsənov hərbi attaşelərlə GÖRÜŞÜB - FOTO
Hasil Abbasov iki şöbə müdirini işdən çıxardı - YENİ TƏYİNAT
Qatarla Gürcüstana gedənlərə ŞAD XƏBƏR - Sərhəddə keçid müddəti 2 dəfə AZALDILIR - FOTO
Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO












