Külli miqdarda oğurluq etdi - Pulu əyləncəyə xərclədi

Ağsuda oğurladığı məişət əşyalarını satıb, əldə etdiyi pulu əyləncəsinə xərcləyən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkmiş şəxs Qaraqaşlı kəndində kirayə yaşadığı evdən satmaq məqsədilə saxladığı, ümumi dəyəri 11000 manatdan artıq olan müxtəlif məişət əşyalarının oğurlandığını bildirib.
Daxil olmuş müraciət əsasında həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Qaraqaşlı kənd sakini Şükran Quliyev saxlanılıb. O, ifadəsində əməlini etiraf edib və oğurladıqlarını müxtəlif şəxslərə satdığını, əldə etdiyi pulu isə öz əyləncəsinə xərclədiyini bildirib.
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Ş.Quliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR












