Kürdəmirdə 2000-ə yaxın sakinin yaşadığı küçə keçilməz haldadır - FOTO

Kürdəmirin “Cənub məhəlləsi” adı ilə tanınan Dədə Qorqud küçəsinin yolu bərbad olduğu üçün burada piyadaların və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranır.
Bu barədə “Report”a məlumat verən yerli sakinlər bildiriblər ki, yolun keçilməz halda olması səbəbi ilə küçəyə heç bir nəqliyyat vasitəsi girmək istəmir: “Burada vəziyyət çox pisdir. Yolumuz bərbad vəziyyətdə olduğu üçün sərnişin avtobusu küçəyə girmir. Taksi ilə evə gəlmək istəyirsən onlar da bu küçəyə girmirlər. Məcburiyyət qarşısında ilin bütün fəsillərində bu küçəni piyada gedib-gəlirik. Yay və yaz aylarında toz-torpaq, payız və qış aylarında isə palçıq piyadalarln hərəkətinə daha çox çətinliklər yaradır”.
Sakinlər qeyd edirlər ki,”təcili yardım” və yanğınsöndürən maşınlar hər hansı hadisə zamanı küçəyə daxil olmaq üçün müəyyən çətinliklərlə üzləşirlər: “Təcili yardım” maşını əgər xəstəni bu küçə ilə aparsa, onu xəstəxanaya yox, birbaşa qəbiristanlığa aparmalıdır. Çünki küçədə olan çalalar nəqliyyat vasitəsini elə silkələyir ki, onun içindən xəstə sağ çıxmaz”.
Qeyd edək ki, Dədə Qorqud küçəsində 500-ə yaxın ailə yaşayır. Gün ərzində bu yoldan 2 000-ə yaxın insan keçir.
Məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətinin rəsmisi Şəfahət İsmayılov “Report”un yerli bürosuna bildirib ki, yolun asfaltlaşdırılması 2019-2023-cü il Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramına daxil edilib: Ümumilikdə Dövlət Proqramında Kürdəmir rayonu ərazisində səkkiz küçənin asfaltlaşdırılması nəzərdə tutulub. Vəsait ayrılar-ayrılmaz bütün bu işlərin icrasına başlanılacaqdır”.




Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










