Lənkəran Dövlət Universitetinin əməkdaşı vəfat edib - FOTO

Lənkəran Dövlət Universitetinin (LDU) əməkdaşı vəfat edib.
Bu barədə Lənkəran Dövlət Universiteti məlumat yayıb.
Universitetin dosenti, “Tarix və onun tədrisi metodikası” kafedrasında uzun illər çalışmış, ötən ildən təqaüddə olan müəllim, tarix elmləri namizədi Əliağa Arif oğlu Baxşıyev uzun sürən xəstəlikdən sonra 81 yaşında bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Ə.A.Baxşıyev 10 fevral 1941-ci ildə Astara rayonunun Motlayataq kəndində anadan olub. 1964-1968-ci illərdə Azərbaycan Dövlət Universiteti Tarix fakültəsinin əyani şöbəsində təhsil alıb. 1968-1974-cü illərdə Astara rayonu Siyəkü kəndində tarix müəllimi, 1974-cü ildən ADU-nun Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasında laborant, baş laborant, müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. 1998-2012-ci illərdə Lənkəran Dövlət Universitetinin “Tarix və fəlsəfə” kafedrasına rəhbərlik edib, 2012- 2016-cı illərdə kafedrada dosent vəzifəsində çalışıb, 2016-2018-ci illərdə yenidən “Tarix və onun tədrisi metodikası” kafedrasının müdiri vəzifəsində işləyib. Ə.A.Baxşıyev 3 dərs vəsaiti, 1 proqram, 19 elmi məqalənin müəllifi idi. 2006-cı ildə Təhsil Nazirliyinin fəxri fərmanı ilə, 2019-cu ildə isə fəxri müəllim nişanı ilə təltif edilmişdi.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR













