Lənkəranda əməliyyat: 20 nəfərlik quldur dəstəsi tutuldu - FOTO

Lənkəranda son bir ay ərzində keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, soyğunçuluq və oğurluq cinayətləri edən 20 nəfər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində son bir ayda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 20 nəfər rayon sakini saxlanılıb. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə, psixotrop maddə və elektron tərəzilər aşkarlanaraq götürülüb. Həmin şəxslərin ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə onlardan bir neçəsinin soyğunçuluq və oğurluq əməllərinin də üstü açılıb. Belə ki, saxlanılan şəxslərdən ikisinin qabaqcadan əlbir olan bir qrup şəxs halında 72 yaşlı Lənkəran şəhər sakininin pulunu soyğunçuluq yolu ilə ələ keçirdikləri, digər altı nəfərin isə rayon ərazisindəki evlərdən və digər obyektlərdən çoxsaylı oğurluqlar etdikləri müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi













