Lerikdə təcavüz etmək istədiyi qadını öldürən mollaya hökm oxundu

Lerikdə qadını qətlə yetirməkdə təqsirləndirilən molla Əsgərov Murad Gülbaba oğluna hökm oxunub və o, 12 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
“Report”un əldə etdiyi məlumata görə, bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində elan olunub.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki, hadisə 2021-ci ilin aprelin 28-də rayonun Barzavu kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1972-ci il təvəllüdlü M.Əsgərov həmkəndlisi, 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızını qətlə yetirib.
Qeyd edək ki, M.Əskərov 28 aprel 2021-ci il tarixində Z.Fərziyevanın evdə tək olduğunu bilərək evə daxil olub. O, qadına qarşı əxlaqsız hərəkətlər etməyə çalışıb. Bu zaman Z.Fərziyeva qışqıraraq qonşuları çağırmağa başlayıb. M.Əskərov da cibində gəzdirdiyi bıçaqla qadının boğazını kəsərək onu qətlə yetirib.
M.Əsgərov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib, hadisə yerində ifadəsinin yoxlanması istintaq hərəkəti zamanı cinayətin törədilmə mexanizmini əyani olaraq göstərib.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 157.1-ci (Mənzil toxunulmazlığını pozma, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham irəli sürülüb.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR












