Litvada naməlum koronavirus mutasiyası aşkarlandı

Litvanın Anikşçyay şəhərində koronavirusun bilinməyən mutasiyası qeydə alınıb.
Bu barədə Milli İctimai Sağlamlıq Mərkəzinin regional departamentinin direktoru Birute Sapkauskene milli radionun efirində bildirib.
“Anikşçyayın rayon mərkəzində Britaniya, Cənubi Afrika və ya bizə bəlli olan hər hansı ştammla əlaqəli olmayan mutasiyanın səbəb olduğu koronavirusa yoluxma halları qeydə alınıb”, - o deyib.
Direktor Litvanın digər yerlərində mutasiyaya uğramış koronavirusun bu növ müxtəlifliyinə rast gəlinmədiyini də sözlərinə əlavə edib.
“Anikşçyayda 35 yoluxma hadisəsi qeydə alınıb. Bu ştammın daşıyıcısı olan insanların təxminən üçdə biri artıq sağalıb”, - B.Sapkauskene söyləyib.
Onların əksəriyyəti, həkimlərin qeyd etdiyi kimi, simptom olmadan xəstəlik keçiriblər, yalnız bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
“Sanki qeyri-adi bir şey yoxdur. Qeydə alınan növ müxtəlifliyinin insandan insana ötürülmə baxımından xüsusilə aqressiv olduğuna dair heç bir dəlil yoxdur. Əlavə müşahidələrə ehtiyac var”, - direktor bildirib.///publika.az
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












