Makqreqor avtoxuliqanlıq üstündə saxlanılıb

İrlandiyalı “Ultimate Fighting Championship” (UFC) döyüşçüsü Konor Makqreqor paytaxt Dublində təhlükəli avtomobil idarə etdiyinə görə saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə İrlandiyanın “İndependent” nəşri məlumat yayıb. Həmçinin idmançıdan dəyəri 170 min avro olan “Bentley” markalı avtomobili müvəqqəti olaraq müsadirə edilib. Makqreqor polis bölməsinə aparılıb və oradan da girov müqabilində sərbəst buraxılıb. Makqreqora təhlükəli avtomobil sürməkdə ittiham olunub və gələn ay rayon məhkəməsinə çıxarılacaq. Məhkəmə Makqreqoru təhlükəli maşın sürməkdə təqsirli bilsə, irlandiyalını 5000 avroya qədər cərimə və ya altı aya qədər həbs və ya hər iki cəza bir arada gözləyir.Qeyd edək ki, Makqreqorun 33 yaşı var, o, qarışıq döyüş sənətlərində 22 qələbə qazanıb və altı dəfə məğlub olub. O, ilk UFC titulunu 2015-ci ildə qazanıb, daha sonra təşkilat tarixində eyni vaxtda müxtəlif çəki dərəcələrində iki titul sahibi olan ilk döyüşçü olub.
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi












