Evində tiryəkxana təşkil edən qadın HƏBS EDİLDİ - VİDEO

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Masazır qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanlılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əməliyyat zamanı qəsəbə ərazisində yaşayan Dünya Qasımova tutulub: "Onun əlində olan çantaya və yaşadığı evə baxış zamanı 1 kiloqram 27 qram nakotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs Masazır qəsəbəsindəki evində narkotik vasitə istifadəçiləri üçün tiryəkxana təşkil edib. Orada Dünya Qasımova narkotik vasitələri satdığı şəxslərə heroin və metamfetamin qəbul etmək üçün şərait yaradıb.
İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini Sənan Osmanov Xırdalan şəhəri ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı 1 kiloqram marixuana aşkar olunub. Sənan Osmanov ifadəsində narkotik vasitəni satmaq və şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.
Sonuncu əməliyyatlar zamanı saxlanılan Dünya Qasımova və Sənan Osmanovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir".


''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










