Məhkəmə sabiq polis mayorunu azadlığa BURAXIB

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən sabiq polis mayoru Tural Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən T. Mahmudov 1 il 4 ay 18 gün müddətinə (azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Həmçinin təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, təqsirləndirilən şəxs əvvəllər rayon polis şöbələrindən birində narkotiklərlə mübarizə bölməsində əməliyyat müvəkkili kimi çalışıb. 2018-ci ildə isə öz ərizəsi ilə daxili işlər orqanlarından xaric edilib. O, 25 may 2021-ci ildə məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində saxladığı şəxsi istehlak miqdarından artıq qram psixotrop maddə metamfetamini üçüncü ünvana daşıyarkən Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. T. Mahmudov barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitə əldə etmə və satma) maddəsi ilə cinayət işi başlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










