Mənzillərin çıxarış problemi niyə həll olunmur? - VİDEO

Son illər Bakıda tikilən yeni çoxmərtəbəli binalarda az sayda mənzilin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışı var. Yeni inşa edilən binalarda çıxarış problemi ilə bağlı məsələ uzun müddətdir ki, davam edir.
Sakinlər illərdir yeni tikilən binalardan ev alıb yaşasalar da, mənzillərinə tam mülkiyyətləri yoxdur. Yəni evlərinin çıxarışlarını ala bilməyiblər.
Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, paytaxtda dövlət qeydiyyatına alınmayan kifayət qədər ev var. Ekspert çıxarışın verilməməsi, yaxud da gecikdirilməsində əsas məsuliyyətin mənzil-tikinti kooperativlərinin üzərinə düşdüyünü deyir.
Onun sözlərinə görə, hansısa şirkət tikinti işinə başlayırsa, bütün sənədlərə sahib olmalıdır. Bu sənədlər tam olmadıqda belə problemlər yaranır. Mənzilin mülkiyyət haqqında sənədinin verilməsi üçün binanın istismara qəbul aktının olması vacibdir.
Nofəl Quliyev deyir ki, MTK rəhbərləri mənzil çıxarışı ona görə verməkdə maraqlı deyillər ki, evin alqı-satqısı zamanı vətəndaşlar tikinti şirkəti ilə müqavilə bağlayırlar. Bu da müəyyən gəlirin əldə edilməsi deməkdir.
Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri Publik Hüquqi Şəxsin Hüquq departamentinin direktoru Lalə Əkbərova deyir ki, yeni tikilən binalarda çıxarış probleminə səbəb paytaxtda bəzi çoxmənzilli yaşayış binalarının tikintisinin qanunvericiliyin tələblərinə riayət olunmadan aparılmasıdır. Onun sözlərinə görə, mənzilə çıxarış almaq üçün bina mütləq qaydada istisimara verilməlidir.
Lalə Əkbərova xatırladır ki, ötən ilin dekabrın 31-nə qədər ölkə üzrə istisimarına icazə sənədi verilən yaşayış binalarında olan mənzillərə dair 46 min 235 çıxarış verilib. Bunlardan 45 min 146-sı Bakıda, 474-ü Gəncədə, 138-i Sumqayıtda və qalanları digər rayon və şəhərlərdə icra edilib.
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










