Moskva-İrəvan-Moskva aviareyslərinin qiymətləri kəskin artaraq 1250 dollara çatıb

Son günlər Moskva-İrəvan-Moskva aviareyslərinin qiymətləri kəskin artaraq 250 dollardan 1250 dollara çatıb.
Moderator.az xəbər verir ki, bu barədə “JOEL” beynəlxalq nəqliyyat və turizm şirkətinin direktoru Sona Yeqiazaryan NEWS.am müxbirinə müsahibəsində bildirib.
Gediş-dönüş biletlərinin qiyməti 1250-1350 dollar arasında dəyişir. Baqajla qiymət 1300 dollar təşkil edir.
"Eyni zamanda, NORDWIND aviabiletlərinin qiyməti 2000 dollara çatır", - deyə Yeqiazaryan bildirib.
Onun sözlərinə görə, aviabiletlərin belə əhəmiyyətli artımı Rusiya və Ukrayna arasında hərbi əməliyyatlar nəticəsində baş verib.
Beynəlxalq nəqliyyat və turizm şirkətinin rəhbəri onu da qeyd edib ki, bu ilin fevralında eyni aviabiletlərin qiyməti 200-250 dollar arasında dəyişib.
Eyni zamanda, bir neçə turizm şirkətinin nümayəndələri yalnız biznes klass biletlərinin qaldığını açıqlayıblar.
Agentliyimizə o da bildirilib ki, “Ural Hava Yolları” yaxın günlərdə İrəvan-Moskva reysləri həyata keçirməyəcək. Problem Sibir Hava Yollarının (Siberia Airlines) A320 təyyarələrinin uçuşlarına qadağa qoyulması ilə əlaqədardır. Qeyd edək ki, S7 Airlines "Airbus" təyyarələri ilə bütün beynəlxalq uçuşları ləğv edib.
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










