Moskvada ermənilər azərbaycanlını vəhşicəsinə döyüb pulunu əlindən aldılar - VİDEO
Xəbərlər
22 Aprel 2021 14:09

Rusiya paytaxtında “Sadovod” bazarında işləyən azərbaycanlı ermənilərin hücumuna məruz qalıb. Oxu.az-ın məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə video yayılıb.
Videonun şərhində bildirilir ki, valyuta dəyişmə işinə baxan həmyerlimiz ermənilər tərəfindən aldadılaraq qarət olunub.
Belə ki, ermənilər ayın əvvəlində bazarda yer götürüblər, pul üçün də tez-tez həmin bu şəxsə müraciət ediblər. Bir gün əvvəl onlar 100 min dollar (170 000 AZN) istəyiblər.
Həmyerlimiz ehtiyatsız hərəkət edərək onların dükanına tək başına yollanıb. İçəri girdikdə isə üç erməni tərəfindən qəddar şəkildə döyülüb, əl-qolu bağlanıb, ağzı-burnu “skoç”la bağlanıb. Sonra isə adı Roma olan erməni pulları götürərək aradan çıxıb.
Kişi özünə gəlib yardım istəyəndə isə haradasa 15 dəqiqə vaxt keçibmiş. Hadisə hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüb.
Oxunub : 2194
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 18:15
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
14 Oktyabr 2026 11:03
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
13 Oktyabr 2026 22:08
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
13 Oktyabr 2026 19:02
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
13 Oktyabr 2026 15:18
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
12 Oktyabr 2026 19:24
18 marşrutun hərəkət sxemi dəyişdirilir
12 Oktyabr 2026 18:41
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
12 Oktyabr 2026 18:00
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
ŞƏRH YAZ












