Müdafiə naziri hərbi hospitalı ziyarət edib - VİDEO - FOTO

Martın 19-da müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını ziyarət edib.
Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib. General-polkovnik Z.Həsənov hospitalda müalicə olunan bir qrup hərbi qulluqçu ilə görüşərək onların səhhəti ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini hərbi qulluqçulara və tibb personalına çatdırıb, onlara bayram sovqatları təqdim edib. Nazir daha sonra hərbi hospitalın əsaslı təmir olunan qərargah binasına baxış keçirib, yaradılan şəraitlə tanış olub. Məruzə edilib ki, müasir avadanlıqlarla təchiz olunan qərargah binasında xidməti fəaliyyətin təşkili üçün hər cür şərait yaradılıb. Bütün otaqlar zəruri mebel avadanlıqları və invertarla tam təchiz edilib. Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində aparılan islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi, hərbi tibb sahəsində də əldə olunan uğurlardan danışıb. Tibb işçilərini bayram münasibətilə təbrik edib və xidmətin daha da təkmilləşdirilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verib.
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi



















