Müdafiə Nazirliyi Kəlbəcərdə itkin düşən hərbi qulluqçu ilə bağlı brifinq keçirir

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd nəfər hərbi qulluqçumuzun itkin düşməsi ilə bağlı brifinq keçirir.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Anar Eyvazov bildirib ki, çovğun nəticəsində itkin düşən 4 nəfər hərbi qulluqçunun üçü tapılaraq hospitala yerləşdirilib.
"İtkin düşmüş-baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb. Hərbi qulluqçularımızın tapılması məqsədilə keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş C.Hüseynov, əsgər M.Hüseynov və əsgər Y.Kərimov tapılıb. Onlar Kəlbəcərdəki hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb", - A.Eyvazov deyib.
Nazirlik rəsmisinin sözlərinə görə, hazırda itkin düşmüş baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO












