Müştərilərə qəlyan təklif edən obyekt icarədarları cərimələndi - FOTO

Mingəçevir şəhərində karantin qaydalarına zidd olaraq gecə saatlarında fəaliyyət göstərən, eləcə də müştərilərə qəlyan təklif edən bir neçə obyekt aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı “Travel” və “Çempion” çay evlərinin sanitar-epidemioloji normaları pozaraq, gecə saat 12-dən sonra işlədiyi məlum olub.
Həmin obyektlərin icarədarları - Nizami Mustafayev və Razi Əliyev, eləcə də 7 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə çay evlərini işlədənlər barəsində müvafiq qərar qəbul olunub.
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı isə “3D” çay evində müştərilərə qəlyan təklif edildiyi və ondan istifadəyə şərait yaradıldığı məlum olub. Həmin obyektə baxış keçirilib və icarədar Nurlan Hacıyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib.






Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












