Narazı tələbələrə 2 gün möhlət verildi

Sosial şəbəkədə xaricdə təhsil alan tələbələrin köçürülməsi məqsədilə qismən akademik tanınma şəhadətnaməsini əldə etmək istəyənlərlə bağlı müraciət vaxtının elan olunandan tez bitməsi ilə bağlı iddialar yayılıb.
Avtosfer.az xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi çoxsaylı müraciətləri nəzərə alıb müraciət tarixini artırıb.
“Köçürülmə (transfer) məqsədilə qismən akademik tanınma şəhadətnaməsini əldə etmək istəyən vətəndaşların
çoxsaylı müraciətləri nəzərə alınaraq qismən akademik şəhadətnamə əldə etmək üçün müraciət tarixi 09.07.2025-ci il tarixi, saat 12:00-a qədər uzadılıb”, - agentliyin açıqlamasında qeyd olunub.
Qeyd edək ki, ötən ay xarici universitetlərdən Azərbaycana köçürülmək istəyən tələbələr “Qafqazinfo”ya müraciət edərək imtahan nəticələrinin təqdim edilməsi ilə bağlı 30 iyun tarixinə qədər vaxt qoyulmasının onları çətin vəziyyətdə qoyduğunu, həmin vaxtın uzadılmasını istəyirdilər. Tələbələrin müraciətləri nərəzə alınaraq həmin tarix iyulun 7-dək uzadılmışdı.
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ












