Narkotiklə tutuldu, oğurluq etdiyi məlum oldu - FOTO

Masallıda narkotik vasitə ilə tutulan keçmiş məhkumun oğurluq əməllərinin də üstü açılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş Qəzənfər Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə həmin şəxsin oğurluq əməllərinin də üstü açılıb. Belə ki, Q.Əliyevin ayrı-ayrı vaxtlarda rayon ərazisindəki plastik boru istehsalı sexlərindən birindən 2000 manat dəyərində ehtiyat hissələri və naqil, yaşayış evlərindən birinin həyətindəki tövlədən 250 manat dəyərində 2 baş xırdabuynuzlu heyvan və digər bir yaşayış evindən isə 500 manat dəyərində məişət əşyalarını oğurladığı müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ











