Nazirlik: "Zəngilan və Laçın aeroportlarının vaxtında istismara verilməsi üçün tədbirlər görülür"

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zəngilan və Laçında hava limanlarının vaxtında istismara verilməsi üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə birgə tədbirlər görür.
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova bildirib.
"Bərdə-Ağdam dəmir yolu xəttinin I hissəsi üzrə işlərə başlanılıb, II hissəsinin, eləcə də Füzuli-Şuşa və Horadiz-Ağbənd dəmir yolu xəttlərinin layihələndirilməsi işləri aparılır. Həmçinin Kəlbəcər dəmir yolu xətti üzrə konseptual layihələr hazırlanıb, hazırda texniki-iqtisadi əsaslandırma işləri gedir. Hava nəqliyyatı infrastrukturunun qurulması ilə bağlı işlər də qrafikə uyğun aparılır. Füzuli hava limanının açılışı ötən il oktyabrın 26-da olub. Zəngilan Beynəlxalq Hava Limanının inşası, eləcə də Laçın Beynəlxalq Hava Limanının inşasına başlanılması üçün işlər aparılır. Qeyd edilən aeroportların vaxtında istismara verilməsi məqsədilə ICAO və IATA ilə zəruri tədbirlər davam etdirilir", - deyə o, qeyd edib.
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO











