“Nəqliyyat könüllüləri” proqramına qəbul ELANI

Ölkəmizdə könüllülük hərəkatının genişləndirmək, cəmiyyətdə xeyirxahlığı təbliğ edərək gənclərin inkişafına töhfələr vermək, eyni zamanda Dövlət başçısının çağırışına müvafiq olaraq, könüllülər hərəkatını dəstəkləmək məqsədilə Bakı Nəqliyyat Agentliyi "Nəqliyyat Könüllüləri" proqramını 3 dəfə ardıcıl şəkildə icra edib. Gənclər arasında “Nəqliyyat Könüllüləri” proqramına maraq böyükdür.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Avtosfer.az-a verilən məlumata görə, 2021-ci ildə icra edilən 3-cü “Nəqliyyat Könüllüləri” proqramında iştirak üçün 400 nəfər müraciət edib. Əvvəlki illərlə müqayisədə “Nəqliyyat Könüllüləri” proqramına müraciət edənlərin sayı iki dəfə artıb.
Onlardan 33 nəfəri "Nəqliyyat könüllüsü" məzunu adını adını qazanıb və mükafatlandırılıb. Ötən il könüllülər üçün 10 təlim və təqdimat keçirilib, 5 səfər təşkil edilib. Hesabat dövründə könüllülərin iştirakı ilə 22 maarifləndirmə tədbiri keçirilib. Proqramda iştirak edən 4 nəfər könüllü Bakı Nəqliyyat Agentliyində daimi işlə təmin edilib. Fəallığı ilə fərqlənən 2 iştirakçı isə “İlin könüllüsü” adına layiq görülüb.
Məlumat üçün qeyd edək ki, hazırda 4-cü könüllülərin qəbulu elan edilib.
Bakı şəhərinin mobilliyi, əlçatanlığı və təhlükəsizliyi istiqamətində Agentliyin həyata keçirdiyi fəaliyyətlərə dəstək olaraq, aidiyyəti sahədə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən, 18 yaşı tamam olan şəxslər öz CV formalarını 31 yanvar 2022-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Seçilən könüllülər müsahibə mərhələsinə dəvət ediləcəklər, müsahibə mərhələsini keçən könüllülərə elektron poçt vasitəsilə bu barədə məlumat veriləcək.
Bu yolda sürət həddi endirildi - SƏBƏB
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI











