Novruz Məmmədov təqaüdə göndərilən polis oğlundan DANIŞDI

Xəbər verildiyi kimi, bir neçə ay əvvəl Azərbaycanın sabiq baş naziri Novruz Məmmədovun Daxili İşlər Nazirliyində çalışmış oğlu, polkovnik-leytenant İsmayıl Məmmədov təqaüdə göndərilib.
Novruz Məmmədov Qaynarinfo-ya açıqlamasında hazırda oğlunun hansı işlə məşğul olmasından danışıb.
“Oğlum öz istəyi ilə ərizə yazaraq təqaüdə çıxıb və bundan sonra hər hansı bir vəzifə tutmaq fikri yoxdur. Özüm də onun işlərinə qarışmıram. Deyirdi “ata, alacağım təqaüdlə maaşım arasında fərq azdır”. Ona görə təqaüdü seçdi. Hazırda heç bir işlə məşğul deyil. Vaxtını ailəsinə, övladlarına sərf edir”, - deyə Novruz Məmmədov bildirib.
Sabiq baş nazir övladının biznesinin olmadığını da deyib:
“Oğlumun elə bir biznesi də yoxdur ki, onunla məşğul olsun. Bundan sonra da çətin ki, olsun. Bu, asan iş deyil”.
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR











