Nuran Abdullayev: "Türkdilli Dövlətlər Təşkilatı birgə media qurumu yaratmalıdır"

"Türk Dövlətlər Təşkilatının Diaspor Forumu, üzv dövlətlərin gələcək perspektivdə əməkdaşlıq imkanlarını genişləndirəcək. Xüsusilə düşünürəm ki, növbəti diaspor forumu çərçivəsində türk dünyasından olan elm adamlarının görüşünü təşkil etmək, birgə əməkdaşlığın səviyyəsini qaldıracaq".
Avtosfer.az xəbər verir ki, bu fikirləri Almaniya Azərbaycanlıları Alyansının sədri Nuran Abdullayev Bursada keçirilən Türkdilli Dövlətlər Təşkilatının Diaspor Forumunda çıxışı zamanı bildirib. Nuran Abdullayev, qeyri-hökümət təşkilatlarının həm inteqrasiya, həm də mediaya müsbət təsir gücünü artırmaq üçün birgə media qurumunun yaradılmasını təklif edib: "Burada fəaliyyət göstərəcək media işçilərini yetişdirmək də xüsusilə önəmlidir. Bu istiqamətdə təqaüdlərin hazırlanması da məsələnin həllini daha rahat və real edə bilər". Alyans sədri, Türk Dövlətləri Təşkilatının elm və mədəniyyət üzrə səfirlik statusunun təşkil edilməsinin diaspor fəaliyyəti üçün məqsədəuyğun olduğunu qeyd edib: "Həmçinin düşünürəm ki, bu səfirlik institutunun iş prinsiplərinin müəyyən edilməsi də, əlaqələri gücləndirə və Qərb ölkələrində də diaspora fəaliyyətinin inkişafına təkan verə bilər".
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi














