Nuran Abdullayevin həmmüəllifi olduğu elmi tədqiqat nüfuzlu jurnalda çap edilib

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədr müavini Nuran Abdullayevin işemik beyin insultu keçirən xəstələrlə bağlı həmmüəllifi olduğu elmi araşdırma nüfuzlu elmi jurnalda çap edilib.
Avtosfer.az xəbər verir ki, elmi tədqiqat dünyanın aparıcı yeddi elmi cəmiyyətinin rəsmi jurnalı olan "Journal of Neurolnterventional Surgery"də (Impact Factor: 5.836) çap edilib. https://jnis.bmj.com/content/early/2021/12/15/neurintsurg-2021-017935.long
Azərbaycanlı alimin çalışdığı institut üzrə baş koordinatoru olduğu tədqiqatda insult xəstələrinin müalicəsində beyin damarlarında icra olunan əməliyyat üçün fərqli damar yolunun seçilməsindən bəhs edilir. Belə ki, elmi tədqiqatda giriş yolu üçün qasıqdan deyil, bir başa boğazdan keçən və beyni qidalandıran damarın seçilməsindən söhbət gedir və nəticələr elmi və statistik formada incələnir.
Azərbaycanlı həkimin həmmüəllifi olduğu elmi tədqiqatın ərsəyə gəlməsində eyni zamanda komanda olaraq isveçrəli və Avropanın müxtəlif inkişaf etmiş ölkələrindən olan dünyaca məşhur alimlər iştirak ediblər. Onlar tədqiqatın ərsəyə gəlməsi üçün Avropanın 45 ən nüfuzlu insult mərkəzlərindən toplam olaraq 28149 beyin əməliyyatlarını incələyiblər.
Qeyd edək ki, N.Abdullayevin bir azərbaycanlı olaraq bu cür beynəlxalq elmi komandada çalışdığı institut üzrə baş koordinator kimi yer alması Azərbaycanın beynəlxalq elmi arenada layiqli təmsilinin bariz nümunəsidir.
Bu yolda sürət həddi endirildi - SƏBƏB
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI










