Erməni kişilər qadınlarını ataraq Xocalının Pirlər kəndindən qaçıblar

Qarabağda 44 günlük müharibədə döyüş meydanından qaçmaqda “rekord”lar qıran erməni kişiləri bu “uğur”larını davam etdirməyə çalışırlar. Artıq onlar Xocalının Pirlər kəndini ərazisində də müvafiq göstəricilərini təkrar ediblər. Belə ki, erməni kişilər Pirlər kəndini tamamilə tərk ediblər.
Üstəlik bu məlumatı ermənilərin özlərinin çəkdiyi kadrlar sübuta yetirir. Ərazidən hazırlanan süjetdə qeyd olunur ki, hazırda kənddə sadəcə bir neçə erməni qadın yaşamağa davam edir. Süjetdə kişilərdən isə heç bir əsər-əlamət yoxdur.
Görünür, Azərbaycan ordusunun varlığının canına qorxu saldığı erməni kişilər düşünmədən ərazidən qaçıblar. Bu zaman isə ənənələrinə sadiq olaraq qadınları önə veriblər.
Erməni terrorçuları bir vaxtlar Qarabağda dinc əhaliyə, qadın, uşaq və yaşlılara qarşı amansızlıq göstərsələr də, Azərbaycan ordusunun hətta müharibədə belə humanizm prinsiplərinə sadiq qaldığına yaxşı bələddirlər. Odur ki, Pirlərdə yaşayan erməni kişilər öz canlarını düşünüb, qorxaraq qaçsalar da, qadınlarını burada saxlayıblar. Qadınları tək qoyaraq qaçan erməni kişilərin ərazidən nə zaman və hara qaçması isə süjetdə qeyd olunmayıb.
oxu.az
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi












