Ötən il ölkəyə 3 tondan artıq narkotik maddələrin keçirilməsinin qarşısı alınıb - FOTOLAR

2021-ci ildə ölkəmizə ümumi çəkisi 3 t 43 kq 507 qr olan narkotik maddələrin keçirilməsinin qarşısı alınıb.
Avtosfer.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini Güloğlan Muradlı bildirib.
O, bu barədə Lənkəran şəhərində DGK və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər”mövzusunda keçirdiyi təlimin II günündə danışıb.
Məlumatda bildirilib ki, aşkar olunan narkotiklərin 2 t 106 kq 134 qramı heroin, 194 kq.122qramı – metamfetamin, 44 kq 672 qramı – həşiş, 698 kq 207 qramı – tiryək və digər növ narkotik vasitələr olub. O bildirib ki, narkotikin əsas keçirilmə yeri ölkəmizin cənub sərhəddidir. Bu işlərdə maarifləndirmə işlərinin əhəmiyyətindən danışan general-mayor media nümayəndələrini bu işdə daha da aktiv iştirak etməyə çağırıb.


Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO












