Pakistan nümayəndə heyəti gömrük orqanlarının fəaliyyəti ilə tanış olub - Fotolar

Pakistan İslam Respublikası Federal Gəlirlər Şurasının Gömrük əməliyyatları üzrə rəhbəri Syed Muhammad Tariq Hudanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri edib. Səfər çərçivəsində Bakı Baş Gömrük İdarəsində, Dövlət Gömrük Komitəsinin Akademiyasında və Kinoloji Mərkəzdə olub.
Avtosfer.az-a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərli nümayəndə heyətinə qurumun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, xarici ticarət əməliyyatlarının xeyli hissəsinin həyata keçirildiyi baş idarədə bütün əməliyyatlar informasiya texnologiyalarının tətbiqi hesabına həyata keçirilir. Sahibkarlar tərəfindən elektron qaydada təqdim edilən bəyannamələr xüsusi proqram təminatının köməyi ilə qısa zaman kəsiyində tam şəffaf qaydada emal edilir. Yüklərin eyniləşdirilməsi və gömrük nəzarətinin digər zəruri mərhələləri ən müasir texnologiyalardan istifadə olunmaqla həyata keçirilir. Diqqətə çatdırılıb ki, gömrük sistemində son illərdə aparılan islahatlar vətəndaş-məmur təmasının minimuma endirilməsinə, gömrük əməliyyatlarının sadələşdirilməsinə, vaxt və vəsait itkisinin qarşısının alınmasına şərait yaradıb.
Pakistanlı qonaqlarla daha sonra Dövlət Gömrük Komitəsinin Akademiyasında görüş keçirilib.
Səfər çərçivəsində qonaqlar Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin fəaliyyəti ilə də yaxından tanış olublar. Bildirilib ki, Mərkəzdə 100 baş xidməti itin saxlaması, onlara tibbi qulluq göstərməsi və təlim verilməsi mümkündür. Həmçinin, burada cins küçüklərin çoxaldılması, böyüdülməsi və saxlanılması üçün şərait mövcuddur.
Xatırladaq ki, Pakistan nümayəndə heyətinin səfəri fevralın 13-də başa çatacaq.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












