Paşinyan erməniləri ələ salır: Sanki “siz elə səfalətə layiqsiniz!” deyir... - FOTO

Sünikə səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyan burada bəzi sakinlərin problemləri ilə “maraqlanmağa” fürsət tapıb.
Ancaq, Nikol canfəşanlığı ilə Ermənistanda bu günə qədər hökm sürən acınacaqlı mənzərəni bir daha göz önünə sərdiyinin fərqinə varmayıb.
Paşinyan və onu müşayiət edən Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan səfalət içində yaşayan bir erməni ailəsinin “qonağı” olub. Ziyarətin görüntüləri ilə birlikdə Nikol Paşinyanın bu evdə “internetə çıxış olan komputer” olması qürrələndiyi xəbəri ortaya çıxıb.
Əslində, Alen Simonyanın paylaşdığı fotolar Ermənistanda hakim zümrənin xalqı necə ələ salmasını nümayiş etdirib. Evinin hər tinindən səfalət, yoxsulluq, ehtiyac qoxusu duyulan bu ailənin fotosunda qürrələnəcək bir şey tapmaq isə əsl erməni riyakarlığı nümunəsi sayıla bilər.
Belə çıxır ki, ya Ermənistan baş naziri xalqı üçün rəzil vəziyyətdə yaşamağı normal hesab edir, onlar üçün “internetə çıxışı olan komputer”i böyük bir nemət sayır, ya da sadəcə onları ələ salır.
Ortada olan real mənzərə - Sünikdə Paşinyanın “qonaq” olduğu həmin ev isə Ermənistanın işğalçı siyasətinin əsirinə çevrilən xalqın uzun illərdir yaşadığı rüsvayçı şəraiti əks etdirir.
Real mənzərə həmçinin Nikol Paşinyan və onun simasında bu günə qədər Ermənistana rəhbərlik etmiş şəxslərin erməni xalqına layiq gördüyü – “itin qabağına sümük atıb, susdurmaq” prinsipinə əsaslanan həyat səviyyəsini də ortaya qoyur.
Məhz bu səbəbdən, Nikol da sələfləri kimi verdiyi sədəqə - “internetə çıxışı olan komputer” ilə qürrələnir, ifrat riyakarlıqla öz xalqını ələ salır. Paylaşılan fotolar isə açıq-aşkar Paşinyanın dilindən “nemət” verdiyi insanlara “siz buna layiqsiniz!” deyir...
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












